Episode's summary
Dünyanı gəzmək üçün çox büdcə lazımdır? Səyahət bloqeri Gülşən Savadova Portuqaliya (Roka burnu, Lissabon, Portu), İordaniya (Petra) və Çin (Şanxay, Pekin) səyahətlərinin bütün incəliklərini, xərclərini və unikal təcrübələrini bölüşür. Aparıcı: Rəhman Rəsulov
Dünyanı gəzmək üçün çox büdcə lazımdır? Səyahət bloqeri Gülşən Savadova Portuqaliya (Roka burnu, Lissabon, Portu), İordaniya (Petra) və Çin (Şanxay, Pekin) səyahətlərinin bütün incəliklərini, xərclərini və unikal təcrübələrini bölüşür. Aparıcı: Rəhman Rəsulov
Episodes
Avropanın Ən Qərb Nöqtəsi: Roka Burnu - Portuqaliya, İordaniya və Çin Səyahəti - Ucuz Səyahət Etmək
ListenedDünyanı gəzmək üçün çox büdcə lazımdır? Səyahət bloqeri Gülşən Savadova Portuqaliya (Roka burnu, Lissabon, Portu), İordaniya (Petra) və Çin (Şanxay, Pekin) səyahətlərinin bütün incəliklərini, xərclərini və unikal təcrübələrini bölüşür. Aparıcı: Rəhman Rəsulov
Niyə narahatıq, amma dəyişmirik? Ekoloji düşüncə və gündəlik vərdişlər
ListenedPlanet FM-in “İqlim Gündəliyi” verilişində bu dəfə ekoloji maarifləndirmə və iqlim dəyişikliyindən, gənclərin ətraf mühitə münasibətindən və gündəlik həyatda “yaşıl vərdişlərin” əhəmiyyətindən danışırıq. Verilişimizin bu dəfəki qonağı “Həyata Səs” Ekoloji-Sosial Təşəbbüsün rəhbəri Aytunc Nəcəfovadır. Aytunc Nəcəfovayla təşəbbüsün hansı ekoloji problemləri həll etməyə çalışdığını, məlumatlılıq ilə gündəlik davranış arasındakı fərqin səbəblərini və Azərbaycanda gənclərin ekoloji məsələlərə yanaşmasını müzakirə edirik. Söhbətimizdə həmçinin plastik tullantıların ətraf mühitə mənfi təsirindən və tullantılardan bioplastik əldə etmək istiqamətində görülən işlərdən danışırıq. Qonağımız təşəbbüsün fəaliyyəti zamanı qarşılaşdığı çətinlikləri, insanların davranışında müşahidə etdiyi dəyişiklikləri, “yaşıl vərdişlərin” nə olduğunu və ekoloji maarifləndirmə istiqamətində gələcək planlarını bölüşür.
Meksikaya Necə Gedək? Viza Şərtləri, Qiymətlər və Təhlükəsiz Şəhərlər
ListenedNyu-Yorkun soyuq havasından qaçıb Karib dənizinin isti sahillərinə uzanan unikal bir səyahət hekayəsi! Səyahətçi Renat Məcidov Planet FM-də Meksika səyahəti, viza qaydaları, bilet qiymətləri və "gizli" gəzməli yerlər haqqında şəxsi təcrübələrini bölüşür. Aparıcı: Rəhman Rəsulov
Astrologiya YALANDIR, YOXSA ELM? - Doğum xəritəsi, yüksələn bürc...
ListenedBürclər və ulduz falları həqiqətən həyatımızı idarə edir, yoxsa bu sadəcə populyar mədəniyyətin bir hissəsidir? Retroqrad Merkuri və Venera dövründə niyə həyatımızda xaos baş verir? "Zaman Maşını" verilişinin bu buraxılışında "Doğum xəritəsinin daxili inkişafımıza təsiri" kitabının müəllifi, astroloq Aişə Mustafayeva ilə astrologiyanın elmi tərəflərini, yüksələn bürcün (Ascendant) gizli mənalarını və doğum xəritəsi (Natal Chart) təhlilinin psixologiya ilə əlaqəsini təhlil edirik. Aparıcı: Nigar Məmmədova
Nizami Gəncəvi Farsdır, Yoxsa Türk? — Aqşin Yeniseydən Maraqlı Faktlar
ListenedPlanet FM-in "Zaman Maşını" verilişində şair, yazıçı və publisist Aqşin Yenisey Nizami Gəncəvi, İmadəddin Nəsimi və Şərq-Qərb fəlsəfəsi haqqında ezoterik, tənqidi və sarsıdıcı fikirlərini bölüşür. -Nizami Gəncəvini "qürurlu bir heykəl"ə çevirmişik, yoxsa o, canlı mənbədir? -Nizami Şərq mistiki, yoxsa Aristotel fəlsəfəsinə söykənən Qərb intellektualı idi? -Dərisi soyulan Nəsimi və "müsəlman dünyasının İsası" obrazı! -Sovet ideologiyasının ədəbiyyatı bütləşdirməsi və müasir ədəbiyyatda funksionallıq problemləri. Aparıcı: Nigar Məmmədova